DGK-nın Çağrı mərkəzinə 5022 zəng daxil olub

  22 May 2019    Oxunub : 1095
DGK-nın Çağrı mərkəzinə 5022 zəng daxil olub
Apreldə Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı mərkəzinə 5022 zəng daxil olub.
Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, daxil olan zənglərin 685-i elektron xidmətlər, 514-ü gömrük ödənişləri, 929-u fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlı olub.

Həmçinin zəng edənlərdən 505-i sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru və digər mövzularla bağlı müraciət ünvanlayıb.


Azvision.az

Teqlər: DGK