Şabranda əlillərin binasından oğurluq edilib

Şabranda əlillərin binasından oğurluq edilib
  22 May 2019    Oxunub:1678
Şabran rayonunda əlillər üçün inşa edilən binadan 5 tonluq metal su çənini və digər əşyaları oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də şəhər ərazisində Qarabağ əlilləri üçün inşa edilmiş yaşayış binasını su ilə təmin edən metaldan hazırlanmış 5 tonluq su çənini, su mühərrikini, plastik su borularını və elektrik naqilini oğurlamaqda şübhəli bilinən Şabran sakini İ.Heydərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti