Yanacaq çənindən viski və siqaret çıxdı
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 1000 ədəd "Marlboro" markalı siqaret, 6 ədəd 1 litrlik "Grey Goose" və 2 ədəd 1 litrlik "Chivas Regal" markalı spirtli içkilər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Azvision.az