Rusiyada terror törətmək istəyənlər məhv edildi
Bildirilib ki, Vladimir vilayətinin Kolçuqino şəhərində evdə gizlənən iki silahlıya təslim olmaq təklif edilsə də, onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Atışma nəticəsində silahlılar zərərsizləşdirilib. Hadisə yerindən silah, döyüş sursatı, əldəqayırma partlayıcı qurğu və dini-ekstremist ədəbiyyat aşkar edilib.
Azvision.az