Maşının mühərrikindən dərman və telefonlar çıxdı
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.
Nəticədə nəqliyyat vasitəsinin mühərrik yerləşən hissəsindən sellofana bükülü, üzərində "Coveram 10 mg" yazısı olan 11 ədəd, üzərində "Coversyl Plus 5 mg/1.25 mg" yazısı olan 9 ədəd, "Coversyl 5 mg" yazısı olan 6 ədəd, üzərində "Benzamycin" yazısı olan 15 ədəd, "Atarax 200 mg" yazısı olan 2 ədəd, üzərində "Prozac 20 mg/5 mg" yazısı olan 3 ədəd, "Mestinon Dragees" yazısı olan 2 ədəd, üzərində "Üropan 5 mg/5 ml" yazısı olan 1 ədəd, "Magnezi Kalsine 100 g" yazısı olan 1 ədəd, üzərində "Ferro Sanol B 150 ml" yazısı olan 1 ədəd dərman preparatı və mühərrik yerləşən hissəsindəki hava filtrinin içərisindən isə 4 ədəd "Samsung Galaxy A20", 1 ədəd "Samsung Galaxy A50", 3 ədəd "MI A2 Lite", 2 ədəd "MI9 SE" markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DGK