Ukraynanın ən gənc birinci xanımı - FOTOLAR

   Ukraynanın ən gənc birinci xanımı -    FOTOLAR
  21 May 2019    Oxunub:12309
Ötən gün Ukraynanın yeni prezidenti Vladimir Zelenski and içərək vəzifəsinin icrasına başlayıb. 41 yaşlı prezidentin andiçmə mərasimində xanımı ilə çəkilən fotoları sosial şəbəkələrdə geniş yayılıb və maraqlı müzakirələrə səbəb olub.
Hazırda demək olar ki, Vladimirlə yanaşı onun xanımı da Ukrayna KİV-lərinin gündəmindədir. Cütlüklə bağlı istənilən məlumat oxucuların diqqətini çəkir.



Azvision.az xəbər verir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya 1978-ci ilin fevralın 16-da dünaya gəlib. O, Zelenski ilə eyni məktəbdə, lakin paralel sinifdə oxuyub. Həmin müddətdə onlar tanış olmayıblar.



Zelenski cütlüyünün tanışlığı tələbəlik illərinə təsadüf edib. O zaman Vladimr Krivorojskidə yerləşən Milli İqtisadiyyat İnstitutunun hüquq fakültəsinin, Yelena isə Texniki Universitetin inşaat fakültəsinin 1-ci kursunda təhsil alıb. Vladimirlə Yelenanın sevgi münasibətləri 8 il davam edib, onlar evlənmək qərarına gəliblər.



İlk övladları olan Aleksandra 2008-ci ildə, Kiril isə 2013-də dünyaya gəlib. Hazırda Vladimir və Yelenanın hər ikisinin 41 yaşı var. Yelena Ukraynanın ən gənc birinci xanımıdır. O, ötən il rəsmən 5 milyon 500 min qrivna gəlir əldə edib. Həyat yoldaşı - prezident Zelenski isə 2018-ci ildə 4 milyon 170 min qrivna (160 min dollar) qazanıb.



Rəsmi bəyannaməyə əsasən, Zelenski paytaxt Kiyevdə beş evə, İtaliyada iki evə, Böyük Britaniyada icarəyə götürülmüş iki evə, Gürcüstanda tikintisi gedən 10 hotelə sahibdir. Prezidentin "PrivatBank"dakı hesabında 400 min dollar, "OTP Bank"da isə 1 milyon qrivnası var.

















Azvision.az


Teqlər: Ukrayna   Zelenski   Yelena  





Xəbər lenti