Prezident Aleksandr Sergeyevi qəbul edib - Yenilənib
Dövlətimizin başçısı elm sahəsində əvvəllər mövcud olan ənənəvi əlaqələrin hazırkı dövr və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı əsas yaratdığını bildirdi. Rusiya elminin son illər əldə etdiyi nailiyyətlərə toxunan dövlətimizin başçısı ölkələrimizin gələcək elmi əməkdaşlığı üçün yaxşı potensialın olduğunu vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının elm sahəsində də əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin Azərbaycana səfərinin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafı və bu sahədə konkret addımların atılması işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident Rusiya