İtkin düşən şəxs öldü, külli miqdarda narkotik tapıldı

İtkin düşən şəxs öldü, külli miqdarda narkotik tapıldı
  21 May 2019    Oxunub:2306
Cari ilin fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti