“Azərsu”dan keçmiş rəislə bağlı iddialara cavab

“Azərsu”dan keçmiş rəislə bağlı iddialara cavab
  21 May 2019    Oxunub:2397
Bəzi saytlarda "cinayətdə ittiham olunan" məmurun rəis təyin edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Xəbərdə qeyd olunur ki, Mingəçevir Sukanal İdarəsinin keçmiş rəisi Mustafa Kərimov korrupsiyaya görə işdən çıxarılıb. Bu tam yanlış informasiyadır və Mustafa Kərimov öz ərizəsi ilə işdən azad edilib.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, idarəyə yeni rəis təyin olunan Maarif Məmmədov haqqında şəhər prokurorluğunda araşdırma aparıldığı da yayılmış xəbərdə yer alıb.

"Məqsədli şəkildə mətbuata ötürülən bu məlumatı dəqiqləşdirmək onu tirajlayan saytlar üçün elə də çətin məsələ deyil. Sadəcə, Mingəçevir şəhər prokurorluğuna sorğu göndərib bu məlumatın nə dərəcədə həqiqət olub-lmadığını öyrənmək mümkün idi".

Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti