Silah-sursat aşkar edilərək götürülüb

Silah-sursat aşkar edilərək götürülüb
  21 May 2019    Oxunub:1461
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Tuğ qəsəbəsi ərazisindən 2 ədəd 16 kalibrli, “Toz” markalı ov silahları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   silah  





Xəbər lenti