Sabirabadda 3 otaqlı ev yanıb

  21 May 2019    Oxunub : 902
Sabirabadda 3 otaqlı ev yanıb
Sabirabad rayonunun Nizami kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan (dam örtüyü qamışdan ibarətdir) birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 65 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Sabirabad