Zelenskinin varidatı açıqlandı: Gürcüstanda 10 otel, Avropada evlər

 Zelenskinin varidatı açıqlandı:  Gürcüstanda 10 otel, Avropada evlər
  21 May 2019    Oxunub:14396
Ukraynanın yeni prezidenti Vladimir Zelenski 2018-ci ilə olan vergi bəyannaməsini dərc edib.

Azvision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski 2018-ci ildə 4 milyon 170 min qrivna (160 min dollar) qazanıb.
Belə ki, Vladimir Zelenski paytaxt Kiyevdə beş evə, İtaliyada iki evə, Böyük Britaniyada icarəyə götürülmüş iki evə, Gürcüstanda tikintisi gedən 10 hotelə sahibdir. Prezidentin "PrivatBank"dakı hesabında 400 min dollar, "OTP Bank"da isə 1 milyon qrivnası var.

Bundan əlavə, ötən il Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya 5 milyon 500 min qrivna gəlir əldə edib.

Azvision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti