Şimal bölgəsinin təhsil işçiləri hesabat verdilər

  20 May 2019    Oxunub : 802
Şimal bölgəsinin təhsil işçiləri hesabat verdilər
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə nazir müavini Məhəbbət Vəliyeva çıxış edərək Prezident İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini bildirib, bu sahədə aparılan islahatlardan, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən danışıb. Şagirdlərin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb.

Təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən bəhs edən Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Sonra 2018-2019-cu tədris ili ərzində Quba, Qusar, XaçmazŞabran rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib. Təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi