AQTA sədri ikitərəfli görüşlər keçirib

AQTA sədri ikitərəfli görüşlər keçirib
  20 May 2019    Oxunub:1754
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 17-də Bakıda keçirilən 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı çərçivəsində dəvət olunmuş beynəlxalq qurumlar və xarici ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, Q. Təhməzli Türkiyə Cumhuriyyətinin Heyvandarlıq və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Müdirliyinin rəhbəri Sinan Mümtaz, Türk Standartlar İnstitutunun rəhbəri Adem Şahin, Türkiyə Halal Akkreditasiya Qurumunun rəhbəri Zafer Soylu, Qazaxıstan Respublikasının Baytarlıq Nəzarəti Komitəsinin sədri Arman Karimovych, İslam ölkələrinin Standartlar və Metrologiya Qurumunun rəhbəri İhsan Övüt, Maryland Universitetinin Beynəlxalq Proqramlar rəhbəri Çenq-i Vei, Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Jan Bloumendal ilə görüşüb.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə müvafiq qurumların birgə əməkdaşlıq perspektivləri müzakirə edilib. Agentliyin sədri Q. Təhməzli nümayəndə heyətlərinə ölkədə yeni qida təhlükəsizliyi sisteminin formalaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib.

Görüş çərçivəsində müvafiq olaraq tərəflər qida təhlükəsizliyi sahəsində faəliyyət göstərən labarotoriyaların qurulması üzrə təlimatların hazırlanması sahəsində əməkdaşlığın həyata keçirilməsi, qida təhlükəsizliyi üzrə nəzarət yoxlamaları ilə bağlı Avropa İttifaqı təcrübəsinin öyrənilməsi, baytarlıq, fitosanitar və qida təhlükəsizliyi üzrə Agentlik əməkdaşlarının təcrübə mübadilələrinə cəlb edilməsi, standartların hazırlanması üzrə təcrübə mübadiləsi, elmi tədqiqatlar sahəsində əməkdaşlığın həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: AQTA   Görüş  





Xəbər lenti