Ərdoğan hərbçilərimizin iştirak etdiyi təlimləri izləyəcək

  20 May 2019    Oxunub : 1526
 Ərdoğan hərbçilərimizin iştirak etdiyi təlimləri izləyəcək
Mayın 24-də "Anadolu Ankası-2019" beynəlxalq hərbi təlimlərinin açılış mərasimi olacaq.

AzVision.az xəbər verir ki, bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü təlimlərin keçiriləcəyi Konyaya səfər edəcək.
Azərbaycan, İngiltərə, Şimali Kipr Türk Cümhuriyyəti, Pakistan, Rumıniya və Türkiyə nümayəndələrinin qatılacağı təlimin açılışında rəsmi qonaqların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri də iştirak edəcək.

Kənan Məmmədov
AzVision.az

Teqlər: AnadoluAnkası2019   Təlim   Ərdoğan