Gəncədə evdən kişi meyiti tapılıb

  20 May 2019    Oxunub : 842
Gəncədə evdən kişi meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Mürsəlov Sudeyin Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN