Anasını boğub öldürüb, sonra evi yandırıb - DİN məlumat yaydı

  20 May 2019    Oxunub : 1238
 Anasını boğub öldürüb, sonra evi yandırıb - DİN məlumat yaydı
Mayın 18-də saat 18 radələrində Maştağa qəsəbəsindəki bağ evlərinin birində yanğın baş verib.

DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibəsinin yanmış meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin evdə yaşayan əvvəllər məhkum olunmuş Tahirin anası Rübabə Bağırovanı boğaraq qətlə yetirdiyi, sonra izi itirmək məqsədilə evi yandırdığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən T.Bağırov tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az

Teqlər: DİN   Qətl