Maşın oğruları bir ildən sonra tapıldı

Maşın oğruları bir ildən sonra tapıldı
  20 May 2019    Oxunub:1613
Mayın 18-də Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Seyidov 2018-ci ilin may ayının 18-də “KİA” markalı avtomobilinin oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri V.Əhmədov və Ə.Məmmədli avtomobillə birgə saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti