Daha bir nəfər başqasının yerinə imtahan vermək istəyib

   Daha bir nəfər başqasının yerinə imtahan vermək istəyib
  20 May 2019    Oxunub:1937
Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanında 1 nəfər başqasının yerinə keçmək istəyib.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzinin sektor müdiri Adıgözəl Həbibov məlumat verib. O, bildirib ki, hadisə Mingəçevr şəhərində qeydə alınıb.

“Mingəçevr şəhərində keçirilən qəbul imtahanında bir nəfər digər şəxsin yerində iştirak etməyə cəhd edib. Məsələ aktlaşdırılıb və hüquq-mühafizə orqanlarına müraciət edilib”.

A.Həbibov bildirib ki, ötən gün baş tutan qəbul imtahanında abituriyentlərin sənədlərinin çatışmazlığı ilə bağlı problemlər olub və bununla əlaqədar imtahan qərargahına müraciətlər edilib.

Qeyd edək ki, mayın 12-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 3 nəfər başqasının yerinə imtahan verməyə cəhd edib. Bundan əlavə, 11 nəfər qayda pozuntusu törətdiyi üçün imtahandan uzaqlaşdırılıb. Onlardan 8-i sual kitabçasını dəyişdiriyi, 2-i mobil telefondan, 1 nəfər isə əyani vəsaitdən istifadə etdiyinə görə imtahandan çıxarılıb. Onların imtahan nəticələri dərhal ləğv edilib. İmtahan prosesinə konspektlə gəldiyi üçün 3 abituriyentə xəbərdarlıq edilib. Həmçinin imtahanda 38 nəfər halı pisləşən abituriyent olub. Sənədlərdə müəyyən çatışmazlıqların olması ilə bağlı imtahan qərargahına müraciətlərin sayı 14 olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti