Gürcüstanda seçkilər başa çatdı

Gürcüstanda seçkilər başa çatdı
  20 May 2019    Oxunub:1745
Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilərlə bağlı səsvermə başa çatıb.
Seçkilər ölkə üzrə 410 məntəqədə keçirilib. Səsəvermə səhər saat 8:00-da başlayıb, saat 20:00-da başa çatıb. Seçki məntəqələri bağlanıb, səslərin sayılmasına başlanılıb.

Seçkilər azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunu da əhatə edib. Səsvermə rayonun 90 seçki məntəqəsində keçirilib.

Azvision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti