İtkin düşən şəxsin meyiti İranla sərhəddə tapıldı

  İtkin düşən şəxsin meyiti İranla sərhəddə tapıldı
  19 May 2019    Oxunub:4092
Fevral ayından itkin düşmüş Lerik rayon sakininin meyiti tapılıb.
Azvision.az "Report"-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü İveri kənd sakini İsmayılov Amil Rəvvağ oğlunun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə olub. Onun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: İtkin   Lerik   İran   Sərhəd   Meyit  





Xəbər lenti