Partiya sədrinə təhdid məktubu göndərildi

Partiya sədrinə təhdid məktubu göndərildi
  19 May 2019    Oxunub:1971
Almaniyanın Yenilik və Ədalət Birliyi Partiyasının sədri Haluk Yılıdıza islamafob və təhdid xarakterli məktub göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə Yıldızın özü jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, iki həftə əvvəl məktubla yanaşı ona təhdid xarakterli fiqurlar da göndərilib: “Mənə göndərilən zərfdə üzərinə nəcis sürtülmüş Kəbə şəkili vardı. Bundan başqa zərfdə bir məktub vardı. Orada “Artıq həddinizi aşırsınız. Bu ölkədə almanlar söz sahibidir. Həddinizi aşsanız, biz nə edəcəyimizi bilirik” yazılmışdı”.

H.Yıldız qeyd edib ki, bu kimi təhdidlər onları yollarından çəkindirə bilməz: “Bunu təhdid olaraq qəbul edə bilərik. Amma bu kimi hallar bizi yolumuzdan çəkindirə bilməz. Biz burada mövcud olmaq üçün mübarizə aparırıq. Bununla belə bu kimi təhdidləri ciddi qəbul etmək lazımdır. Çünki 8 vətəndaşımız alman dərin dövlətinin köməkliyi ilə 2000-2007-ci illərdə vəhşicəsinə qətlə yetirilib. Bundan başqa, onlarla kim tərəfindən edildiyi bəlli olmayan qətllər var”.

İrqçiliyi qarşı və kimliklərini qorumaq üçün mübarizə apardıqlarını vurğulayan Yıldız Avropada yaşayan türkləri mayın 26-da 28 ölkədə keçiriləcək Avropa Parlamenti seçkilərinə qatılmağa çağırıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Almaniya   İrqçilik   İslamafobiya  





Xəbər lenti