Dini rəvayətlərdə adı çəkilən quş Türkiyədə tapılıb - FOTOLAR

  19 May 2019    Oxunub : 7146
 Dini rəvayətlərdə adı çəkilən quş Türkiyədə tapılıb - FOTOLAR
Türkiyənin Hatay bölgəsində yaşayan Cəmil Qaraman adlı şəxs motosikleti ilə hərəkətdə olarkən yoldan bir çox dini rəvayətlərdə adı çəkilən Əbabil quşu tapıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Əbabil quşunu tapan Cəmil Qaraman hadisə ilə bağlı deyir: “Motosikletimlə yolda gedirdim. Birdən yolun ortasında bir quşa rast gəldim. Onu götürüb uçurmaq istədim, ancaq uça bilmədim və evə gətirdim. Sonradan bildim ki, Əbabil quşudur”.

O, qeyd edib ki, hazırda quşa öz evində şəxsi imkanları daxilində baxır.




Kənan Məmmədov
Azvision.az

Teqlər: Türkiyə   Əbabil