Şamaxıda yük avtomobili yanıb

  19 May 2019    Oxunub : 734
Şamaxıda yük avtomobili yanıb
Şamaxıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Şamaxı rayonunda “MAN” markalı yük avtomobilinin 8 ədəd təkəri qismən və banına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb.

Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Yanğın