Naməlum şəxs Şvarseneggerə hücum edib - VİDEO

Naməlum şəxs Şvarseneggerə hücum edib -  VİDEO
  19 May 2019    Oxunub:3611
Hollivud aktyoru, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerə hücum edilib. .
Hadisə Cənubi Afrika Respublikasında "Arnold Klassik" yarışında baş verib. Öz azarkeşləri ilə söhbət edib video çəkən aktyora naməlum şəxs arxadan tullanaraq kürəyinə vurub.

Gözlənilməz zərbə qarşısında A. Şvarsenegger yıxılıb. Hücum edən şəxs isə mühafizəçilər təərfindən saxlanılıb.

Bildirilib ki, aktyorun səhhəti ilə bağlı heç bir problem yoxdur. O , hücumdan bir neçə dəqiqə sonra yenidən azarkeşlərinin yanına qayıdaraq onlarla söhbətləşib.



Azvision.az





Teqlər:





Xəbər lenti