Dəmir yolu ilə 1 milyon sərnişin daşınıb

Dəmir yolu ilə 1 milyon sərnişin daşınıb
  18 May 2019    Oxunub:2464
Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-aprel ayıları ərzində 4,7 mln. ton yük, 1,0 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,5%, sərnişin daşınmasında isə 19,9% artım müşahidə olunub.

Orta hesabla sutkada 269 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,4 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

Azvision.az


Teqlər: Dəmiryol  





Xəbər lenti