Həmyerlisini döyüb pulunu aldı

Həmyerlisini döyüb pulunu aldı
  18 May 2019    Oxunub:2114
Mayın 16-da Quba rayonunun Amsar kənd sakini A.Sərdarov RPŞ-yə müraciət edərək mayın 9-da kənd ərazisində yerləşən kafedə naməlum şəxsin ona zor tətbiq edərək 1000 manat pulunu almasını bildirib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunan Ə.Ağaməmmədov saxlanılıb və o, törətdiyi əməli etiraf edib.

Azvision.az


Teqlər: DİN   cinayət  





Xəbər lenti