Avtobusda soyğunçuluq edənlər tutuldu

Avtobusda soyğunçuluq edənlər tutuldu
  18 May 2019    Oxunub:1751
Mayın 16-da Sabunçu rayonu Y.Əliyev küçəsində şəxsiyyəti müəyyən olmayan 2 nəfər 105 saylı xətt avtobusundan soyğunçuluq yolu ilə 80 manat pul aparıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Çələbiyev və əvvəllər məhkum olunan R.Quliyev saxlanılıblar.

Araşdırmalar RPİ tərəfindən aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti