Cari ilin yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri 637 milyon manatlıq xidmət göstərib ki, onun da 71,7 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 42,8 faizi və ya 272,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.