Türkiyədə terrorçularla polis arasında atışma olub

Türkiyədə terrorçularla polis arasında atışma olub
  18 May 2019    Oxunub:1818
Türkiyənin Şanlıurfa bölgəsində terrorçularla xüsusi təyinatlı polislər arasında atışma olub.
AzVision.az xəbər verir ki, terrorçuların qəfil atəşinə məruz qalan polislərdən 1-i şəhid olub, digər 2 nəfəri isə yaralanıb.

Atışma zamanı 2 terrorçu zərərsizləşdirilib. Şəhid və yaralılar xəstəxanaya aparılıb.

Bölgədə geniş miqyaslı əməliyyat başladılıb.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Türkiyə   Terrorçu  





Xəbər lenti