Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
  18 May 2019    Oxunub:1439
Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin ilk 4 ayında kənd təsərrüfatının ümumi məhsulu 3,9 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 22,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən xəbərə görə, cari ilin əvvəlindən mayın 1-dək 40,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox kartof, 91,6 min ton və ya 3 faiz çox tərəvəz toplanıb.

Azvision.az


Teqlər: KTN   Meyvə  





Xəbər lenti