Bu il ölkədə 12,4 milyon ton neft çıxarılıb

  18 May 2019    Oxunub : 772
Bu il ölkədə 12,4 milyon ton neft çıxarılıb
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 12 milyon 445,6 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 11 milyard 637,5 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 8 milyard 41,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, dörd ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,8 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz çoxalıb.

Ölkədə neft istehsalı planlaşdırılmış təmir işləri ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” yatağının “Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən 3 faiz azalıb, qaz hasilatı isə 43,5 faiz artıb.

Azvision.az

Teqlər: Neft   Qaz