Gürcüstanda mədən işçiləri aclıq aksiyası keçirir

Gürcüstanda mədən işçiləri aclıq aksiyası keçirir
  18 May 2019    Oxunub:1688
Gürcüstanın Çiatura şəhərində etiraza qalxan mədən işçiləri aclıq aksiyasına başlayıblar.
Azvision.az xəbər verir ki, aclıq elan edən işçilər tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Mədən işçiləri "Gürcüstan manqanı" şirkətinin nümayəndələri ilə görüşsələr də, rəhbərlik onların istəklərini qəbul etməyib.

Qeyd edək ki, aksiyada əsas tələb maaşların artırılması, iş şəraitinin yaxşılaşdırılması və mədənçilərin təhlükəsizliyinin təmin olunmasından ibarətdir.

Azvision.az



Teqlər: Gürcüstan   Aclıq   Aksiya  





Xəbər lenti