FHN iki azyaşlının köməyinə çatdı

  17 May 2019    Oxunub : 728
FHN iki azyaşlının köməyinə çatdı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN