Ukraynanın XİN rəhbəri istefa verdi

Ukraynanın XİN rəhbəri istefa verdi
  17 May 2019    Oxunub:1651
Ukraynanın xarici işlər naziri Pavel Klimkin istefa verib.
Azvision.az xəbər verir ki, Klimkin bu barədə "Facebook" sosial şəbəkəsinə yaydığı video-müraciətdə bildirib. O, Ali Radaya seçilmək istədiyini deyib.

“Mən ukraynalıların nə istədiyini və həmçinin dünyanın bizdən nə gözlədiyini bilirəm. Mənim çoxlu ideyalarım var və ümid edirəm ki, onları reallaşdıra bilərəm. Ona görə də mən irəli, siyasətə gedirəm. Bu yola prinsiplərimi və görüşlərimi bölüşdüyüm, həmfikir olduğum komanda ilə çıxıram”, - deyə Klimkin vurğulayıb.

Nazir bildirib ki, istefa ərizəsini mayın 20-də Ali Radaya və ölkənin yeni prezidentinə təqdim edəcək. Onun sözlərinə görə, bu, siyasi mədəniyyət baxımından doğrudur və yeni seçilmiş prezident öz xarici siyasət komandasına sahib olmaq və öz xarici startegiyasını yaratmaq hüququna malik olmalıdır.

"Mən bildirdim ki, bizim prinsiplərimiz və görüşlərimiz üst-üstə düşən məqamda, ehtiyac olan yerdə mən ona kömək etməyə hazıram".

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   XİN   Nazir   İstefa  





Xəbər lenti