Rihanna 25 senatoru “axmaq” adlandırdı: “Sizə ayıb olsun”

Rihanna 25 senatoru “axmaq” adlandırdı:    “Sizə ayıb olsun”
  17 May 2019    Oxunub:2150
Amerikalı məşhur müğənni və aktrisa Rihanna ABŞ-ın Alabama ştatında abortu qadağan edən qanunun qəbul edilməsini tənqid edib.
Azvision.az xəbər verir ki, müğənni qanunda zorlanma və insest zamanı hamilə qalma kimi istisnaların nəzərə alınmamasından narazıdır.

O, "Tvitter" hesabında sözügedən qanuna səs verən 25 senatorun şəklini paylaşaraq yazıb: “Baxın, bunlar Amerikanın qadınları üçün qərar verən axmaqlardır. Qubernator Key Ayvi. Sizə ayıb olsun!”.

Müğənnidən başqa hamiləliyin süni yola əngəllənməsini qadağan edən qanunun əleyhinə çıxanlar arasında “Taxt oyunları” serialının aktrisası Lina Xidi, amerikalı top- model Emili Ratokvski də var.

Qeyd edək ki, mayın 15-də ABŞ-ın Alabama ştatının qanunverici orqanı abortu qadağan edən qanunu təsdiqləyib. Qanunun əleyhinə yalnız 6 senator səs verib. Qəbul edilən qanun abort hüququnu ləğv edir və bunu cinayət hesab edir. Bu proseduru həyata keçirən həkimləri isə 10 ildən 99 ilədək həbs gözləyir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rihanna  





Xəbər lenti