ABŞ-dan Ermənistana 825 min dollarlıq “bəxşiş”

ABŞ-dan Ermənistana 825 min dollarlıq “bəxşiş”
  17 May 2019    Oxunub:2241
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi “Ermənistanda inklüziv təhsil sisteminin möhkəmləndirilməsi” layihəsi çərçivəsində bu ölkənin Təhsil və Elm Nazirliyinə 825 min dollar vəsait ayıracaq.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 907,500 dollar təşkil edir. Bunun 82,500 dolları nazirliyə veriləcək.

Layihənin həyata keçirilməsi ilə qeyd olunan islahatlar nəticəsində uşaqların mərkəzləşdirilmiş gündəlik xüsusi təhsil müəssisələrinə axınının qarşısının alınacağı ehtimal edilir.

Alpər Mövludoğlu
Azvision.az


Teqlər: ABŞ   Ermənistan  





Xəbər lenti