Pulqabı oğurlayan şəxslər saxlanılıb

Pulqabı oğurlayan şəxslər saxlanılıb
  17 May 2019    Oxunub:1907
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Sultanova mayın 16-da çantasından içərisində 120 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Şöbə əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.



Onların Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunan Nizami Əkbərzadə və Mingəçevir şəhər sakini əvvəllər oğurluğa görə məhkum olunan Emil Məmmədov olduqları müəyyən edilib. 29-cu Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az




Teqlər: DİN   Oğurluq  





Xəbər lenti