Keçmiş məhkumlar narkotikə görə tutuldu

Keçmiş məhkumlar narkotikə görə tutuldu
  16 May 2019    Oxunub:2274
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Quliyevdən 400 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ş.Soltanovdan heroin və 457 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa Xətai RPİ 34-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini E.Qurbanovdan 476 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkoitk  





Xəbər lenti