Gürcü fəhlələr etiraz aksiyası keçirib

  16 May 2019    Oxunub : 1073
 Gürcü fəhlələr etiraz aksiyası keçirib
Gürcüstanın Rustavi şəhərində etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, etiraza qalxanlar metallurgiya zavodunun işçiləridir.

Belə ki, 100-dən çox fəhlə maaşın artırılması, iş şəraitinin yaxşılaşdırılması və təhlükəsizlik qaydalarına riayət olunmasını tələb ediblər. Zavod işçiləri tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.

Azvision.az

Teqlər: Gürcüstan   Etiraz