Bir gündə iki piyada ölümü

  16 May 2019    Oxunub : 1415
Bir gündə iki piyada ölümü
Mayın 15-də saat 5 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Xəqani kənd sakini N.Şahmalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Qərənfil Qədirovanı vurub və nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, anoloji hadisə mayın 15-də saat 22 radələrində Şirvan şəhərinin G.Şıxbala küçəsində baş verib. Belə ki, şəhər sakini Rauf Yaqubov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Nazim Axundovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza