Türkiyə vətəndaşı gömrükdə “ilişdi”

  16 May 2019    Oxunub : 958
Türkiyə vətəndaşı gömrükdə “ilişdi”
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin baqajındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 183 ədəd manometr və 48 ədəd manometrə aid hissələr, 29 ədəd avtomobil ehtiyat hissələri, 48 ədəd metal boru və 48 ədəd elektrik cihazı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK