Azərbaycan nefti 75 dollardan baha satılır

  16 May 2019    Oxunub : 577
Azərbaycan nefti 75 dollardan baha satılır
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar artaraq 72,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 62,23 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,88 dollar artaraq 75,55 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft