Ticarət mərkəzində terror aktı - Yaralılar var

Ticarət mərkəzində terror aktı -   Yaralılar var
  16 May 2019    Oxunub:2164
Hindistanın şimal-şərqində yerləşən Quvaxati şəhərində terror aktı törədilib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, terrorçular ticarət mərkəzinə qumbara atıblar. Baş vermiş partlayış nəticəsində 6 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Ərazi polis tərəfindən nəzarətə götürülüb. Yaralılar xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib.

Terror aktına görə məsuliyyəti "Assamın azadlığı Birləşmiş Cəbhəsi" qruplaşması öz üzərinə götürüb.

Azvision.az


Teqlər: Hindistan   Terror  





Xəbər lenti