Trampın korteji qəzaya düşdü

Trampın korteji qəzaya düşdü
  15 May 2019    Oxunub:2190
ABŞ prezidentinin kortejində olan üç motosiklet Luiziana ştatında qəzaya düşüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Cennifer Ceykobs "Twitter" səhifəsində yazıb.

Bildirilib ki, Vaşinqtona uçmaq üçün Luiziana aeroportuna gedən prezident Donald Trampın zirehli avtomobili qəzaya düşməsə də, kortejdə olan bir neçə zabit bədən xəsarətləri alıb. Onları yaxınlıqdakı xəstəxanaya çatdırıblar, sağlamlıq vəziyyətlərinin sabit olduğu deyilir.

Azvision.az




Teqlər: ABŞ   Tramp   Qəza  





Xəbər lenti