“Eurovision”da ilk finalçılar məlum oldu- VİDEO (Yenilənib)

  15 May 2019    Oxunub : 4599
 “Eurovision”da ilk finalçılar məlum oldu- VİDEO (Yenilənib)
İsrailin Təl-Əviv şəhərində keçirilən “Eurovision 2019” mahnı müsabiqəsinin ilk 10 finalçısı məlum olub.

Azvision.az xəbər verir ki, 10 ölkə növbəti mərhələyə adlayıb. Belə ki, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çex Respublikası, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri finala seçiliblər.
Monteneqro, Finlandiya, Polşa, Macarıstan, Belçika, Gürcüstan və Portuqaliya təmsilçiləri final mərhələsinə keçə bilməyiblər.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq. Müsabiqənin finalı mayın 18-də olacaq.



Azvision.az

Teqlər: Eurovision