Soçidə Putinlə Pompeo arasında kritik görüş

  14 May 2019    Oxunub : 1043
 Soçidə Putinlə Pompeo arasında kritik görüş
Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında görüş keçirilib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Soçidə “Boçarov Ruçey” iqamətgahında davam edən görüşdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak ediblər.

Görüşdən əvvəl Pompeo XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparıb.

Azvision.az

Teqlər: Putin   Pompeo