“Biz erməniyik, oğlum müsəlman ola bilməz” - Arturun anası

 “Biz erməniyik, oğlum müsəlman ola bilməz” -  Arturun anası
  15 May 2019    Oxunub:13259
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Türkiyənin tanınmış ilahiyyatçısı Nihat Hatipoğlunun verilişində 13 yaşlı oğlan dinini dəyişib.

Canlı yayımda erməni əsilli olduğunu deyən Artur adlı yeniyetmə xristianlıqdan imtina edib və "Kəlimeyi-Şəhadət" gətirərək müsəlman olub.
İlahiyyatçı 13 yaşlı oğlanın ailəsinin razılığı ilə dinini dəyişdiyini deyib. Bundan başqa, o, yeni isminin Nihat olduğunu söyləyib. Bu məsələ Türkiyə və Ermənistanda geniş müzakirələrə səbəb olub və uşağın anası erməni KİV-lərinə açıqlama verib.



Azvision.az -ın məlumatına görə, Lurer.com-a danışan Alina adlı erməni qadın oğlunun müsəlmanlığı qəbul etməsindən xəbərsiz olduğunu, bu işdə onun razılığının alınmadığını deyib.

"Uşağım müsəlman ola bilməz. Biz erməniyik, xristianıq. Belə olacağını bilsəydim, verilişə oğlumla birlikdə gedərdim. Mənim xəbərim olmayıb. Artur suriyalı dostunun dəvətilə ora gedib. O,uşaqdır, səhv edib. Müsəlman olmadı, həm də sünnət olmayıb. Axı biz erməniyik, oğlum müsəlman ola bilməz", - deyə qadın etirazını bildirib.

HDP-li deputat Qaro Palyan erməni ailənin şikayəti əsasında rəsmi qurumlara müraciət ünvanlayıb, Nihat Hatipoğlunun və telekanalın cəzalanılmasını tələb edib.

Azvision.az



Teqlər: Erməni   Müsəlman  





Xəbər lenti