Türkiyədə 1553 hərbçi işdən çıxarılıb

  14 May 2019    Oxunub : 1126
 Türkiyədə 1553 hərbçi işdən çıxarılıb
Türkiyədə fövqəladə vəziyyət rejiminin ləğv olunmasından sonra Silahlı Qüvvələrin 1553 əməkdaşı işdən çıxarılıb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təqaüddə olan 151 hərbçinin isə rütbəsi geri alınıb.

Qeyd olunub ki, Müdafiə Nazirliyinə bağlı bütün qurumların əməkdaşlarının FETO terror təşkilatı ilə əlaqəsi barədə geniş araşdırma aparılır.

İndiyədək aparılan araşdırmalar nəticəsində Quru Qoşunlarında 879, Hərbi Dəniz Qüvvələrində 242, Hərbi Hava Qüvvələrində isə 432 nəfər işdən azad olunub.

Azvision.az

Teqlər: Türkiyə   Hərbçi   FETÖ