Azərbaycan məhsulları “Sial China 2019” sərgisində

Azərbaycan məhsulları “Sial China 2019” sərgisində
  14 May 2019    Oxunub:1380
Bu gün Çin Xalq Respublikasının Şanxay şəhərində “Sial China 2019” beynəlxalq sərgisi öz işinə başlayıb.
Azvision.az xəbər verir ki, 14-16 may tarixlərində keçiləcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyasına daxil olan 12 Azərbaycan şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan şirkətləri “Sial China 2019” sərgisinə böyük maraq göstərirlər. Belə ki, sərgidə qeyd edilən şirkətlərlə yanaşı, əlavə olaraq 7 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir. Bundan əlavə, Çinin Şanxay və Urumçi şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri vasitəsilə də Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən oan həmkarları ilə görüşlər keçirəcək, məhsulların satışına dair müzakirələr aparacaqlar.

Azvision.az



Teqlər: Çin   Sərgi   Məhsul  





Xəbər lenti